Gəncədə ev yandı – xəsarət alan var

HADİSƏ 13 okt 2019, 19:54

Gəncədə fərdi yaşayış evi yanıb.

 

Demokrat.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Gəncə şəhərində beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən, ümumi sahəsi 66 m² olan 3 otaqlı mənzilin 2 otağının yanar konstruksiyaları 25 m² sahədə və binanın dam örtüyü 8 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb və 3 nəfər yanğınsöndürənlər tərəfindən təxliyə edilib.

 

Mənzilin və dam örtüyünün qalan hissəsi yanğından mühafizə olunub.

 

Alovun qarşısı yanğından mühafizə bölmələri tərəfindən alınıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top