"Mübariz İbrahimovu təhqir edən arvadım deyil" – Azər Axşam

SOSİAL 13 okt 2019, 18:57

Aktyor Azər Axşam sosial şəbəkədə təxribatla üzləşib. Belə ki, aktyorun həyat yoldaşı olduğunu bildirən Səbinə Şabanova adlı şəxs Milli Qəhrəman Mübariz İbrahimovu təhqir edib. O daha sonra "Mənim ərimdən başqa Azərbaycanda kişi yoxdur. Ona xalq artisti adı veriləcək" deyə bildirib.

 

Onun sözləri sosial şəbəkədə müzakirələrə səbəb olub.

 

Yaşananlarla bağlı musavat.com-a danışan aktyor təxribatla üz-üzə qaldığını bildirib:

 

"Bu üçüncü dəfədir ki, təxribatla üzləşirəm. Sosial şəbəkədə naməlum adamlar profil açır, mənim və yoldaşımın adından nalayiq sözlər yazırlar. Polisə müraciət etmişəm. Profil bağlanır və həmin şəxsləri tapa bilmirlər. Mənim həyat yoldaşım heç kimi təhqir etməyib. O profil xanımıma aid deyil. Kim olduğunu bilmirəm. Hansı Azərbaycan xanımı öz kişilərini belə təhqir edər və ya qəhrəmanımıza dil uzadar? İnanmıram ki, o profili açan azərbaycanlıdır".

 

A. Axşam "Həmin şəxs sizdən qisas almaq istəyən birinci həyat yoldaşınız ola bilər? Çünki sosial şəbəkədə bu iddia da ortaya atıldı" sualına isə belə cavab verib: "Bilmirəm. Heç kimin babalını yumaq, günahını üzərimə almaq istəmirəm. Onun olduğuna inanmıram. Allah həmin profili açan şəxsin bəlasını versin. Məni dillərə saldı. İnsanlar bu cür təxribatlara inanmasınlar. Biz sənət adamıyıq, bizi başqa işlərə çəkməsinlər".

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top