Nursultan Nazarbayev Türk Şurasının fəxri sədri elan ediləcək

SİYASƏT 13 okt 2019, 17:23

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçiriləcək VII Zirvə Görüşündə Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayev Türk Şurasının fəxri sədri elan ediləcək.

 

Bu, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya planlaşdırılan səfəri ilə bağlı Türkiyə Prezident Administrasiyasının saytında yerləşdirilən məlumatda əksini tapıb.

 

N. Nazarbayev Türki Şurasının qurulmasına böyük əmək sərf etdiyi üçün bu fəxri ada layiq görüləcək. (APA)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top