Müsavatın qurultayında İsa Qəmbərlə namizədlər arasında mübahisə - FOTO

SİYASƏT 13 okt 2019, 15:49

Bu gün Müsavat Partiyasının qurultayında İsa Qəmbərlə Müsavat başqanlığına namizədlər Tofiq Yaqublu və Yadigar Sadıqlı arasında mübahisə düşüb.
Demokrat.az  APA-ya istinadən xəbər verir ki, buna səbəb İsa Qəmbərin namizədlərin çıxışlarına fikir bildirməsi olub.  Bu zaman Yadigar Sadıqlı və Tofiq Yaqublu etiraz edib.  İsa Qəmbər isə bildirib ki, Tofiq Yaqublu  və Yadigar Sadıqlı çıxışlarında onun və Arif Hacılının barəsində həqiqətə uyğun olmayan məlumatlar veriblər.

 

Buna görə də o qurultay nümayəndəsi kimi çıxış etmək istəyib. Mübahisəyə Arif Hacılı da qoşulub.

 

Daha sonra çıxışların başa çatdığı qeyd edilib və səsvermə prosesi başlayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top