Yol polisindən Bakı-Sumqayıt yolu ilə bağlı açıqlama - VİDEO

SOSİAL 13 okt 2019, 14:51

Bakı-Sumqayıt yolunun üzü Sumqayıt istiqamətində 10.5-ci kilometrindən 11.5-ci kilometrinədək (Xırdalan dairəsindən Masazır dairəsi istiqmətində) olan ərazidə təmir işləri davam etdirilir.

 

Bu barədə açıqlamasında Baş Dövlət Yol Polisi idarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev məlumat verib. O bildirib ki, aparılan təmir işləri ilə əlaqədar avtomobillərin hərəkəti qismən məhdudlaşdırılıb: 

 

“Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur. Qeyd olunan ərazidə Dövlət Yol Polisi əməkdaşları fasiləsiz olaraq xidmət aparır”. (Oxu.az)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top