Azərbaycanlı millət vəkili dünya türklərini birliyə səslədi

SİYASƏT 13 okt 2019, 14:40

Millət vəkili Qənirə Paşayeva Türk dünyasına səslənərək bütün türkləri birliyə, qardaş Türkiyəyə dəstəyə çağırıb:

 

"Dünyadakı Türkləri birliyə, indi qardaş Türkiyənin yanında daha çox olmağa, dəstəyə çağırırıq.

 

"Barış bulağı" adlı antiterror əməliyyatına verdiyimiz dəstəklə düşmənə də, dost bildiklərimizə də ciddi mesaj verməliyik. "Mövzu vətən isə gerisi təfərrüatdır" deyən millətin övladı olduğunuzu unutmayın! 

 

Türk Millətinin övladları qardaş Türkiyənin yanında! Türk Millətini qorxutmaq istəyənlərə biri Çanaqqala dastanını anlatsın. Çoxları bitdi dediyində, biz bitdi demədən heç bir şey bitməz deyib, küllərindən doğub dastan yazan millətin adıdır TÜRK! Rəbbim Türk Ordusuna zəfər nəsib et!

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top