Bu gün Azərbaycan futbol üzrə yığması Macarıstan komandası ilə qarşılaşacaq

İDMAN 13 okt 2019, 10:36

Bu gün futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsinin E qrupunda Azərbaycan milli komandası Macarıstan yığması ilə qarşılaşacaq.

 

Budapeştdə, "Groupama Arena"da baş tutacaq oyun Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

 

Qeyd edək ki, futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində 4 qrupda 9 qarşılaşma təşkil olunacaq. C, E və G qruplarında iki, I qrupunda isə 3 oyun baş tutacaq.

 

Macarıstan yığmasının 9 xalı (6 oyuna), Azərbaycan milli komandasının isə 1 (5 oyuna) xalı var.

 

AVRO-2020

E qrupu

20:00. Macarıstan - Azərbaycan

"Groupama Arena".(Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top