"Azərbaycan dövləti mənə ad verir, televiziyalar isə qadağa qoyur" – Yaqub Zurufçu

ŞOU-BİZNES 12 okt 2019, 23:28

"Azərbaycan dövləti mənə ad verir, televiziyalar isə qadağa qoyur".

 

Demokrat.az APA-ya  istinadən xəbər verir ki, bunu Əməkdar artist Yaqub Zurufçu deyib.

 

Əməkdar artist bildirib ki, ATV ilə MTV kanallarından başqa, heç bir kanal dəstək olmayıb: "Kanallar qadağa qoyur, heç xəbərimiz olmur. Onlar arzu etsinlər ki, mən onların kanallarına çıxım. Yoxsa, mən o kanallara çıxan deyiləm".

 

Qeyd edək ki, bu gün Heydər Əliyev adına Respublika Sarayında Yaqub Zurufçunun solo konserti olub.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top