Putin Rusiya qoşunlarının Suriyadan çıxarılması şərtlərini açıqlayıb

DÜNYA 12 okt 2019, 19:54

“Rəsmi Moskva əgər Suriyanın gələcək rəhbərliyi bu barədə qərar qəbul etsə öz qoşunlarını bu ölkədən çıxarmağa hazırdır”.

 

Demokrat.az xəbər verir ki, TASS-ın verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin bir neçə telekanala verdiyi müsahibəsində deyib.

 

“Suriyanın ərazisində qanunsuz olan bütün digər ölkələr bu regionu tərk etməlidirlər. Bu bütün ölkələrə aiddir. Əgər Suriyanın gələcək legitim rəhbərliyi Rusiya Silahlı Qüvvələrinin öz ölkəsinin ərazisində varlığına ehtiyac olmadığını bildirsə, bu deyilənlər Rusiyaya da aid olacaq”, - deyə V. Putin əlavə edib.(apa)

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top