Xüsusi əlamətləri olan azərbaycanlı qatil metroda tutuldu - FOTO

KRİMİNAL 12 okt 2019, 09:51

Üç il əvvəl qətl törətməkdə şübhəli bilinən azərbaycanlı Moskva metrosunun “Konkovo” stansiyasının foyesində silahla saxlanılıb.

 

Onun üzərində tapança, patron və saxta pasport aşkarlanıb.

 

Məlum olub ki, əvvəllər soyğunçuluq və oğurluqda ittiham olunan şəxs 47 yaşlı azərbaycanlı Ceyhundur.

 

Müstəntiqlərin dediyinə görə, Ceyhun 2016-cı ildə həmyerlisini qətlə yetirib. Ceyhunun xüsusi əlamətləri var. Bildirilir ki, onun bir ayağı axsayır və belini əyib gəzir.

 

Lakin onun fiziki qüsurlu olması qaçışına mane olmayıb. Mənbələrdən alınan məlumata görə, Ceyhun bir neçə dəfə polislərdən qaçmağa müvəffəq olub.

 

Lakin Ceyhun oktyabrın 11-də tutulub. Əməliyyatçıların onun izinə necə düşdüyü də məlum olub.

 

Belə ki, əməliyyatçılar Ceyhunun izinə bir neçə gün əvvəl mobil telefon oğurlamasından sonra düşə biliblər. (Oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top