Elçin Əlibəyli Azərbaycandan gedir: “Artıq ailəmi göndərmişəm”

ŞOU-BİZNES 11 okt 2019, 22:50

Tanınmış teletənqidçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəyli Azərbaycanı tərk edir.


Bu barədə Elçin Əlibəyli BakuPost-a verdiyi müsahibə zamanı məlumat verib. O, bildirib ki, artıq ailəsini xaricə göndərib, özü isə yaxın zamanlarda gedəcək.

 

Ölkəni tərk etmək səbəbinə gəldikdə isə bunları deyib: “Cəmiyyətimizdəki biganəlik və cahillik məni çox narahat edir. Özü də oxumuş, diplomlu adamların cahilliyi. Bu, çox təhlükəlidir. Mənim ölkədən getmə qərarı verməyim də məhz bununla bağlıdır. Çox yaxın bir zamanda ölkəni tərk edəcəm. Artıq ailəmi göndərmişəm. Azərbaycanda məni heç bir universitetə buraxmırlar. Özüm şəxsən Dövlət Mədəniyyət və İncəsənət universitetinə bununla bağlı müraciət etmişəm. Amma müraciətim cavabsız qalıb. Gedəcəyim yerdə universitetdə dərs deyəcəyəm”.

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top