Bakı-Dubay təyyarəsi təcili qəza enişi etdi — Sərnişinlər təxliyə olundu

HADİSƏ 11 okt 2019, 13:14

Bu gün Bakı-Dubay reysilə uçan "Fly Dubai" aviaşirkətinə məxsus sərnişin təyyarəsi qəza səbəbindən İranın Şiraz şəhərinə məcburi eniş edib.


Yerli hava limanının rəisi KİV-ə bildirib ki, ekipaj təyyarənin bortunda tüstüləmə gördükdən sonra enmək üçün icazə istəyib. İcazə verilib.


124 sərnişin və 6 ekipaj üzvü təxliyə edilib. Təcili yardım və yanğınsöndürən maşınlar təyyarəyə yaxınlaşıb.


Aviaşirkətin texniki mütəxəssisləri Şiraza yola düşüblər. Sərnişinlər başqa təyyarə ilə göndəriləcək, İran KİV-i bildirib. 


Zərərçəkənlər və tüstülənmənin səbəbləri açıqlanmır.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top