Pakistan Türkiyəyə dəstək çıxdı

DÜNYA 10 okt 2019, 23:49

Türkiyənin bölgədəki qanuni təhlükəsizlik qayğılarını anlayırıq. Türkiyə də Pakistan kimi terror qurbanı olmuş ölkələrdən biridir.

 

Bu sözləri Türkiyənin Suriyanın şimal-şərqində başlatdığı “Sülh çeşməsi” əməliyyatı barədə danışan Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Məhəmməd Faysal deyib.

 

“3.5 milyondan artıq suriyalı qaçqına nəzakətlə ev sahibliyi edən Türkiyənin humanitar səylərini təbrik edirik. Pakistan Suriyanın ərazi bütövlüyünün qorunmasına və ən qısa zamanda bölgə ölkələrinin bir araya gələrək problemin siyasi yollarla həllinə dair ümidini qoruyur”, - Faysal bildirib. (axar.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 may 2024, 21:48
Top