Bakıdan Dubaya uçan təyyarə İranda təcili eniş etdi

HADİSƏ 10 okt 2019, 23:24

Bakı-Dubay reysində uçan təyyarə Şirazda təcili eniş edib.


Demokrat.az APA-ya istinadən xəbər verir ki,  bunu Şirazın Şəhid Dəstğeyb adına beynəlxalq hava limanının rəhbəri Ehsan Ostovar deyib.
 

Onun sözlərinə görə, bu gün yerli vaxtla saat 13:36-da "Fly Dubai” hava yollarına məxsus "737 B” saylı reysində uçan təyyarənin pilotu ekipaj kabinetində tüstü müşahidə etdiyi üçün Şiraz hava limanında təcili eniş edib.


O bildirib ki, Bakıdan Dubaya uçan təyyarədə 124 sərnişin və 6 ekipaj üzvi olub ki, onların hamısı təxliyyə olunub.


E.Ostovar deyib ki, xarici şirkət sərnişinlərin Şirazdan Dubaya çatdırılması üçün təyyarə göndərib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top