“Sədərək” bağlandı? - Açıqlama

SOSİAL 10 okt 2019, 13:01

Paytaxtın Qaradağ rayonunda yerləşən “Sədərək” Ticarət Mərkəzinin bağlanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

 

Demokrat.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında ticarət mərkəzinin mətbuat katibi Kəmallədin Qədim deyib. O bildirib ki, ticarət mərkəzi fəaliyyətini davam etdirir:

 

“Bura Qafqazın ən böyük ticarət mərkəzlərindən biridir və burda 40 mindən çox adam çalışır. Hazırda heç bir narazılıq yoxdur və hər kəs iş başındadır. Bəzi şəxslər tərəfindən “Sədərəy”in bağlanması barədə yayılan məlumatlar şayiədir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top