Azərbaycanda “ASAN imza” sertifikatları elektron şəkildə veriləcək

SOSİAL 09 okt 2019, 17:55

“Bu il Azərbaycanda yeni vergi ödəyicilərinin 90%-i elektron şəkildə dövlət qeydiyyatına alınıb”.

 

Demokrat.az xəbər verir ki, bunu Vergilər Nazirliyinin Dövlət Qeydiyyatı Departamentinin rəhbəri Ələkbər Məmmədov deyib.

 

Onun sözlərinə görə, bu göstərici iyul-sentyabr ayları üzrə 93% təşkil edib.

 

Nazirlik rəsmisi onu da deyib ki, “ASAN imza” sertifikatlarının elektron şəkildə verilməsi üçün işlər aparılır: “Tezliklə sahibkarlar “ASAN Xidmət” mərkəzlərinə getmədən “ASAN imza” sertifikatı ala biləcəklər”. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top