Azərbaycanda ən yeni hava müşahidə sistemləri quraşdırılacaq

MÜSAHİBƏ 09 okt 2019, 17:39

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktor müavini Əkbər Əsgərov müsahibə verib.

 

Demokrat.az "Report"un  Ə.Əsgərovla müsahibəsini təqdim edir:

 

- Azərbaycanda ən yeni hava müşahidə sistemlərinin quraşdırılmasına başlanması ilə bağlı məlumatlar var. Bu yeniliyin səmərəsi necə olacaq?

 

- Quraşdırılacaq ən müasir hava müşahidə sistemləri olan yeni dopler radar qurğuları ölkənin hidrometeoroloji monitorinq şəbəkəsinin daha da təkmilləşdirilməsinə və ən müasir standartlara uyğunlaşdırılmasına imkan verəcək.

 

- Bəs bizdə bu qurğulardan istifadə edə bilən mütəxəssislər varmı?

 

- Bu günlərdə əməkdaşlarımızdan ibarət bir qrup ABŞ-dan alınan dopler radarlarının öyrənilməsi məqsədilə ABŞ-ın Alabama ştatında səfərdə olub. Səfər çərçivəsində Departamentin əməkdaşlarına amerikalı mütəxəssislər tərəfindən müşahidə cihazlarının texniki vəziyyəti, proqram təminatı, vizuallaşma imkanları barədə təlim kursları keçirilib və onlara sertifikatlar təqdim olunub. Onu da qeyd edim ki, növbəti təlimlər amerikalı mütəxəssislər tərəfindən Bakıda və dopler radarlarının qurulacağı rayonlarda keçiriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top