Məşhur jurnalistin Bakıdan hazırladığı reportaj Türkiyədə gündəm yaratdı

SOSİAL 09 okt 2019, 16:15

Türkiyənin məşhur jurnalisti, “Hürriyyət”in tanınmış yazarı Ertuğrul Özkök Azərbaycanda rastlaşdığı əsrarəngiz gözəlliklərlə bağlı reportaj hazırlayıb. 

 

Demokrat.az-ın məlumatına görə, jurnalist, Türkiyənin tanınmış rəssamı Ahmet Güneştekinin “Yaddaşın əlifbası” adlı fərdi sərgisində iştirak etmək üçün Bakıya gəlişindən və burada qarşılaşdığı möcüzəvi günlərdən danışıb. O, sərginin keçirildiyi Heydər Əliyev Mərkəzinin əzəmətli memarlıq nümunəsi kimi təsvir edib: “Memarlığın şah əsəri və estetik bir möcüzə”.

 

Jurnalist, Ahmet Güneştekinin “Ölümsüzlük otağı” adlı əsərinin məhz müəllifin dediyi kimi bu şah əsərin (Heydər Əliyev Mərkəzinin) önündə quraşdırıldığını və bu sənətin ölümsüzlük rəmzi olduğunu açıqlayır. 

E.Özkök  reportajında Heydər Əliyev Mərkəzinin layihəsinin İraqdan olan Zaha Hadidə məxsus olduğunu deyir və Bakı ilə ilk tanışlığından danışır: “Mənim üçün Bakı bu fövqəladə qadının işi ilə tanış olmaq üçün ilk fürsət idi”.

 

Hətta türkiyəli jurnalist Heydər Əliyev Mərkəzinə o dərəcədə valeh olub ki, sərginin açılışından öncə onun ətrafında əməllicə dolaşıb. Bu böyük sənət əsərinə vurğun olan jurnalist onu dünyanın ən əzəmətli və füsünkar memarlıq abidələri ilə müqayisə edir, sonda isə Zaha Hadidin ulu öndərin adını daşıyan sənət nümunəsini üstün tutur. 

Katolik okulunda okuyan Müslüman bir kızın zaferi

Yeri gəlmişkən, mərhum Zaha Hadid 2014-ci ildə Heydər Əliyev mərkəzinin dizaynına görə London muzeyinin mükafatına layiq görülüb. 

 

Jurnalist bu şah əsərin daha iki qəhrəmanının olduğunu xüsusi vurğulayır. Onun dili ilə desək:

 

“Birincisi, ölkə pulunun bir hissəsini dəyərli mədəniyyət mərkəzinə həsr etməyi düşünən bir dövlət xadimi. Müsəlman ölkəsinin prezidenti “. 


“İkincisi, bu dizaynı inşaat halına gətirən bir şirkət – DAAX Holdinq və Həsən Gözəl”.

 

Yazar daha sonra reportajına sərginin açılışı ilə davam edir.  O, mərasimə Azərbaycanın I Vitse-Prezidenti Mehriban Əliyevanın və onun hər iki qızının qatıldığını, adıçəkilən sərgiyə maraq göstərdiklərini yazır. Həmçinin, Mehriban xanımın həqiqətən də çox gözəl qadın olduğunu qeyd edir. Ardınca, ölkənin birinci xanımının yaddaşında tutduğu həmin o sözləri dilə gətirir: “Bu, mədəniyyət mərkəzində indiyədək keçirilmiş ən izdihamlı sərgi oldu”. 

Image result for Ahmet Güneştekinin “Ölümsüzlük otağı” adlı əsəri mehriban əliyeva

Reportajda Bakıda çox mühüm və böyük dəyişikliklərin olduğu xüsusi vurğulanır. Paytaxtımızı köhnə binaları və geniş yolları ilə gözəl Mərkəzi Avropa şəhərinə bənzədir. Yeni binaların isə şəhərə ayrıca bir müasirlik bəxş etdiyini yazır. “Alov Qülləri”nin bir memarlıq nümunəsi kimi möhtəşəmliyindən və gözəlliyindən bəhs edir: “Gecələr verilən yüngül oyunlar şəhərə gözəl bir rəng gətirir”.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top