Mübariz İbrahimovun atası ürəyindən əməliyyat edildi — FOTOLAR

HADİSƏ 09 okt 2019, 13:58

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun atası Ağakərim İbrahimov ürəyindən əməliyyat olunub.


Demokrat.az-ın məlumatına görə, o, ürək damarlarında yaranan tıxanmalara görə əməliyyat edilib. 


Hazırda palataya köçürülən şəhid atasının vəziyyətinin qənaətbəxş olduğu bildirilir.


Mübariz İbrahimovun qardaşı Rəşad İbrahimov  əməkdaşımızla söhbətində bildirib ki, atasının vəziyyəti tədricən yaxşılaşır.(olke.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top