“Müsavatı yalnız İsa Qəmbərin qayıdışı xilas edə bilər” - Sərdar Cəlaloğlu

SİYASƏT 09 okt 2019, 12:17

“Müsavat Partiyasının yeganə çıxış yolu İsa Qəmbərin yenidən partiya rəhbərliyinə qayıtmasıdır”.

 

Bunu  açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib.

 

Partiya sədrinin sözlərinə görə, Müsavat sabiq başqan İsa Qəmbərin partiyaya rəhbər olduğu dövrdəki mövqeyini tamamilə itirib. Partiyanı əvvəlki statusunu qaytarmaq isə çətin məsələdir. S.Cəlaloğlunun fikrincə, hazırkı üç namizəddən kiminsə başqan seçilməsi Müsavatın əvvəlki mövqeyini qaytarmayacaq:

 


“İsa Qəmbər yenidən partiyaya rəhbər olaraq gəlsə, bəlkə onda nəsə dəyişəcək. İsa Qəmbərin şəxsi nüfuzu partiyaya xüsusi status verirdi. Bəziləri vaxtilə sırf ona görə partiyaya üzv olmuşdu, o gedəndən sonra partriyanın 90 faizi üzvlükdən çıxdı. İsa Qəmbərdən başqa orada rəhbərin kimin seçiləcəyinin heç bir fərqi yoxdur. Məsələn, əvvəllər biz ADP olaraq Müsavatla hər müstəvidə əməkdaşlıq edib, mövqeyini nəzərə alırdıq. Lakin İsa Qəmbər o partiyadan gedəndən sonra biz də daxil heç kim Müsavatla əməkdaşlılq etmək istəmədi. İndiyədək də demək olar ki, heç bir partiya  Müsavatın fikirlərini nəzərə almır”.

 


Qeyd edək ki, oktyabrın 12-də Müsavat Partiyası növbəti 9-cu qurultayını keçirəcək. Müsavat Partiyasının başqanı vəzifəsinə hazırki başqan Arif Hacılı, partiya Divanının üzvləri Tofiq Yaqublu və Yadigar Sadıqlı namizədliyini irəli sürüb. (Modern)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top