Millimizin futbolçusunu Fransaya buraxmadılar

İDMAN 08 okt 2019, 23:52

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Tural Bayramlı Parisin Şarl De Qoll hava limanında sərhəd xidmətinin əməkdaşları tərəfindən Fransaya buraxılmayıb. 

 

AFFA-nın rəsmi saytı xəbər verir ki, U-21-in heyətində Fransaya yollanan T.Bayramlı sabah - oktyabrın 9-da AFFA-nın köməkliyi ilə Azərbaycana geri göndəriləcək. 

 

Futbolçunun Fransa ərazisinə buraxılmamasının səbəbi barədə müvafiq orqanlar məlumat verməyib. 

 

AFFA və Fransa Futbol Federasiyası tərəfindən bununla bağlı araşdırma aparılır. 

 

Xatırladaq ki, Tural Bayramlı ötən mövsüm Latviyada, “Dauqavpils” klubunda çıxış edib. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top