Azərbaycanlı aktyor səhər saatlarında vəfat etdi - FOTO

HADİSƏ 08 okt 2019, 19:22

Bakılı aktyor Aleksey Saprıkin vəfat edib.

 

Demokrat.az xəbər verir ki, Səməd Vurğun adına Akademik Rus Dram Teatrının aktyoru bu gün səhər saatlarında həyatla vidalaşıb. 

 

65 yaşlı aktyor uzun müddət şəkər xəstəliyindən əziyyət çəkib. Oktyabrın 1-də vəziyyəti ağırlaşan A.Saprıkin reanimasiyaya yerləşdirilmişdi.

 

Sənət yoldaşları onu Lyoşa deyə çağırırdı. Onun yoxluğu ilə barışmayan dostları öz kədərlərini sosial şəbəkədə izhar ediblər. 

 

Aleksey Saprıkin 1955-ci ildə Bakıda doğulub. 2008-ci ildən etibarən Səməd Vurğun adına Akademik Rus Dram Teatrının aktyorudur. 

 

Teatrda son dövrdə səhnəyə qoyulan “Peterburq işçisi”, “Və yağış yağır və içini tökür”, “Sənətkarın taleyi”, “Qürur və qərəz”, “Payız sonatası”, “Meme” tamaşalarında rol alıb. (baku.ws)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top