Xəzərdə 4 balıqçı itkin düşüb

HADİSƏ 08 okt 2019, 16:46

Azərbaycanda 4 balıqçı itkin düşüb.

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən Demokrat.az-a bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, oktyabrın 8-də gecə saatlarında, Bakı şəhərinin Pirallahı rayonundan, balıq tutmaq məqsədi ilə 4 balıqçı dənizə çıxıb və təyin olunan vaxtda geri qayıtmayıblar.

 

Axtarışlara FHN-in Aviasiya Dəstəsinin bir helikopteri cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

 

Əlavə məlumat veriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 apr 2024, 08:29
Top