"WhatsApp" yazışmaları qırmağa imkan verən səhvi aradan qaldırdı

MARAQLI 08 oktyabr 2019, 18:15

"WhatsApp" hakerlərin zərərli GIF-fayllardan istifadə edərək yazışmalara giriş əldə edə biləcəyi təhlükəsizlik səhvini aradan qaldırıb.

 

"Kommersant"a istinadən xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

 

Hakerlərin yazışmalara girişi istifadəçinin GIF-faylı qalereyada açması ilə mümkün olub.

 

“Problemin istifadəçilərə təsir etdiyini düşünməyə əsas yoxdur, ancaq biz hər zaman istifadəçilərimizi ən yeni təhlükəsizlik funksiyaları ilə təmin etməyə çalışırıq", - "WhatsApp" nümayəndəsi telekanala açıqlamasında deyib.

 

Səhv messencerin son yeniləməsində aradan qaldırılıb. (Report)

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top