Qaxda partlayış: yaralıların adları bilindi - YENİLƏNİB

HADİSƏ 08 okt 2019, 11:57

Qaxda partlayış zamanı xəsarət alanların adları məlum olub.

 

Oxu.Az xəbər verir ki, xəsarət alan beş nəfər - 39 yaşlı Nuruşvili Tamazi, 49 yaşlı Zeynalaşvili Cemali, 26 yaşlı Daroşvili Sardion, 31 yaşlı Nuroşvili Dato və Papiaşvili Beka rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.

 

 

11:27

 

Qax rayonunda partlayış baş verib.

 

Oxu.Az xəbər verir ki, Qax rayon Kommunal Təsərrüfat Birliyinin işçiləri şəhər ərazisində torpaq yayarkən partlayış olub.

 

Nəticədə, birliyin beş işçisi xəsarət alıb. Partlayışın hansı səbəbdən baş verdiyi məlum deyil.

 

Fakt araşdırılır.

 

Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top