"Üzeyir Mehdizadə musiqi xadimidir, o tarixi uğur qazanıb" - İlqar Məmmədov (VİDEO)

MARAQLI 08 okt 2019, 14:21

REAL Partiyasının sədri İlqar Məmmədov növbəti dəfə müğənni Üzeyir Mehdizadə haqda danışıb.


 O"Meydan TV"yə müsahibəsində Üzeyiri tərifləyib.


 
Partiya sədri deyib ki, Üzeyirin "youtube"də 100 milyon baxış toplaması tarixi naəliyyətdir:


 
"Üzeyiri şəxsən tanımıram. Mən onu istedadlı, çox istedadlı hesab edirəm. O Azərbaycanda ilk dəfə olaraq 100 milyonu keçən müğənnidir, o musiqi xadimidir. Bu tarixi nəaliyyətdir. Bu Azərbaycanın mədəni genişlənmə potensialını göstərir". 


Qeyd edək ki, keçmiş REAL-çı Altay Göyüşov İlqar Məmmədova cavabında deyib: "Mən istəmərəm ki, musiqi zövqü Üzeyir Mehdizadə olan İlqar Məmmədov nə vaxtsa, mənim prezidentim olsun. (Azxeber.com)

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top