Nömrə yerinə “Unut məni” yazan sürücü tutuldu

HADİSƏ 08 oktyabr 2019, 12:17

Nömrə yerinə “Unut məni” yazan sürücü saxlanılıb.

Bu barədə  Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik-leytenant Rüfət Quliyev məlumat verib.

 

O bildirib ki, BDYP əməkdaşları tərəfindən operativ şəkildə tədbirlər görülüb və qayda pozan “KAMAZ” markalı nəqliyyat vasitəsi saxlanılıb:

 

“İnzibati Xətalar Məcəlləsinin 342.9 cu maddəsinə əsasən nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən istifadə etdiyi üçün sürücü barəsində inzibati məsuliyyət yaranıb.

 

İş müvafiq qaydada baxılması üçün aidiyyəti üzrə məhkəmə orqanına göndərilib”. (Oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 iyul 2025, 10:38
13 iyul 2025, 09:35
13 iyul 2025, 09:27
Top