“Binə”dəki yanğında 4 nəfər tüstüdən zəhərlənib - AÇIQLAMA

HADİSƏ 08 okt 2019, 09:03

Səhiyyə Nazirliyi “Binə” ticarət mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb.

 

Nazirlikdən Demokrat.az-a verilən məlumata görə, yanğın barədə Təcili Tibbi Yardıma çağırış saat 1:10-da daxil olub. Hadisə yerinə gələn təcili tibbi yardım briqadasının həkimlərinə tüstüdən boğulma ehtimalı ilə 4 kişi müraciət edib.

 

Onlardan üçünə yerində yardım göstərilib, bir nəfər isə Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə çatdırılıb.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top