Azərbaycanlılarla gürcülər arasında kütləvi dava oldu

HADİSƏ 07 okt 2019, 23:19

Gürcüstanın paytaxtı Tbilisidə gürcülər və azərbaycanlılar arasında kütləvi dava düşüb.

 

Muxalifet.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Məlumata görə, dava zamanı xəsarət alan bir etnik azərbaycanlı xəstəxanaya çatdırılıb, yaralı bir neçə nəfərə isə ilkin tibbi yardım göstərilib. Xəsarət alan şəxslər hücum edənlərin beş nəfər olduğunu bildiriblər. Davanın etnik zəmində baş vermədiyi bildirilib.

 

Faktla bağlı cinayət işi başlanılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top