Sosial mediada silsilə videolara dəstək naminə MÜRACİƏT

SOSİAL 07 okt 2019, 21:25
Avropa İttifaqının maliyyələşdirdiyi Open Media Hub (OMH) proqramı “20 yaşın yaşamı: gənc fəallar” mövzusunda sosial media üçün nəzərdə tutulan silsilə square videolarının İstehsalına Dəstək üçün Müraciətə başlayır.
 
 
Müraciətçilər sosial media platformaları (Facebook, Instagram və s.) üçün 90 saniyəlik orijinal square videoların istehsalına dəvət edilirlər. 
 
 
Müraciətçilər OMH-ın “Innovative storytelling” (İnnovativ hekayəçilik) onlayn kursundan square videoni necə istehsal etməyi ingilis, fransız, ərəb və rus dillərində - English, French,  Arabic , Russian – linklərin hər hansı birindən qeydiyyatdan keçməklə öyrənə bilərlər. 
 
 
Jurnalistlər təklif etdikləri hekayəni square video formatla yanaşı, həm də HDTV formatda təqdim edə bilərlər. 
 
 
 “20 YAŞIN YAŞAMI: GƏNC FƏALLAR” square video-sunun qəhrəmanı sizin ölkənizdə xeyriyyəçilik fəaliyyəti ilə məşğul olan, vətəndaş cəmiyyəti təşkilatlarının işində fəal iştirak edən gənc insan olmalıdır. Biz yaşadıqları kənddə, şəhərdə və ölkədə dəyişikliklər üçün öz vaxtlarını əsirgəmədən sərf edən gənclər barədə eşitmək istəyirik. 
 
 
Sizi maraqlandıran suallar bunlar ola bilər:
Siz dəyişikliyə necə nail oldunuz?
Bu işə başlamaq üçün sizin motivasiyanız nə idi?
Siz hansı maneələrlə üzləşdiniz?
Bunlar sizin həyatınıza necə təsir etdi?
Sizin fəaliyyətinizin geniş anlamda cəmiyyətə təsiri nədən ibarətdir?
Hekayənin üslubu dinamik, müasir və sosial media yonümlü olmalıdır. 
 
 
Müraciət Avropa Qonşuluğu ölkələrində – Azərbaycan, Belarus, Ermənistan, Əlcəzair, Fələstin, İordaniya, Gürcüstan, Livan, Liviya, Mərakeş, Misir, Moldova, Suriya, Tunis və Ukraynada onlayn və sosial platformalar üçün video kontent yaradan onlayn, TV və radio jurnalistləri üçün açıqdır. 
 
 
Maliyyə yardımı ilə yanaşı, görkəmli media peşəkarları jurnalistlərə mentorluq edəcək, onlara işlərini planlamaqda, hekayələri uyğun formatda və tələb olunan keyfiyyətdə istehsal etməkdə yardımçı olacaqlar.
 
 
Müraciətdə məqsəd vətəndaş cəmiyyətindəki inkişaf barədə ictimaiyyətin məlumatlılığını artırmaq, jurnalistlərin sosial media formatları vasitəsilə daha geniş və çoxşaxəli auditoriyaya çıxışına kömək etməkdir. 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top