Bu ərazilərdə yaşayan məcburi köçkün ailələri köçürüləcək

SOSİAL 07 okt 2019, 18:19

Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Maşınqayırma pansionunda yaşayan məcburi köçkün ailələri “Qobu Park2” yaşayış massivinə köçürüləcək.

Bu barədə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinin müavini Fuad Hüseynov APA TV-nin efirində gedən “Sosium” verilişində açıqlama verib. O, jurnalistin pansionatlarla bağlı verdiyi suala cavab verərkən qeyd edib ki, adıçəkilən pansionda yaşayan 30-40 ailə “Qobu Park2” yaşayış massivinə yerləşdiriləcək.

Həmin görüntüləri oxucularımıza təqdim edirik:

(Correct.az)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top