Bakıda güclü külək ağacı aşırdı - 3 avtomobilə ziyan dəydi

HADİSƏ 07 okt 2019, 17:06

Bu gün Bakıda əsən güclü külək fəsadsız ötüşməyib.

 

Səbail rayonu Nizami küçəsində külək irigövdəli ağacın aşmasına səbəb olub. Aşan ağac yol kənarında park edilmiş avtomobillərə ziyan vurub.

 

Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov Trend-ə bildirib ki, qurum əməkdaşları artıq həmin əraziyə səfərbər olunub.(Trend)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top