"Küçə parkinqlərindən pul qazananların Bakı Nəqliyyat Agentliyi ilə heç bir əlaqəsi yoxdur" – Baş direktor

SOSİAL 07 okt 2019, 16:57

"Dövlətin və bizim təşkilatın missiyası ictimai nəqliyyatı təhlükəsiz və güvənli olaraq təqdim etməkdir"

 

Bunu jurnalistlərə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərimli deyib. V.Kərimli küçələrdə fəaliyyət göstərən qeyri-qanuni park yerlərindən də danışıb:

 

"Hər bir dövlət qurumu konkret bir çərçivədə fəaliyyət göstərir. Ancaq Bakı Nəqliyyat Agentliyi isə cəmiyyətin hər bir nümayəndəsinə xidmət edir. Çünki vətəndaş evindən çıxandan sonra onu fasiləsiz nəqliyyat xidmətiylə təmin etmək lazımdır. Fasiləsiz nəqliyyatda da hər bir vətəndaşın öz seçimi olur. Dövlətin və bizim təşkilatın missiyası ictimai nəqliyyatı təhlükəsiz və güvənli olaraq təqdim etməkdir. Bilirsiniz ki, Bakı Nəqliyyat Agentliyi kimi qurumlar dünyanın bir neçə ölkəsində var. Məsələn, onlardan biri Yaponiya və Sinqapurdur. 

 

Parkinq məsələsinə gəldikdə isə küçə parkinqləri qeyri-qanunidir. Bu bizim qurum yaranmamışdan əvvəl də var idi. Küçə parkinqlərindən pul qazanan şəxslərin Bakı Nəqliyyat Agentliyi ilə heç bir əlaqəsi yoxdur. Biz artıq Asif Məhhərrov küçəsindən başlayaraq parklanma yerləri yaradırıq. Həmin parklanma yerlərdində əlillər üçün xüsusi yer yaradılacaq və hansı ki, onlardan vəsait tələb olunmayacaq. Bununla yanaşı, nəqliyyat vasitəsində olan uşaq və analar nəzərə alınacaq". 

 

Qurum sədri deyib ki, "Malakan bağı" kimi tanınan ərazinin ətrafına da nəqliyyat vasitələrinin girişi qadağan oluna bilər:

 

"Biz hazırda bu istiqamətdə işlər aparırıq və ola bilər ki, gələcəkdə "Malakan bağı" kimi tanınan ərazinin ətrafına nəqliyyat vasitələrinin girişi qadağan edilsin. Çünki burda ən azı iyirmi dəqiqə sürücülər tıxacda qalır. Buna da səbəb o olur ki, hansısa sürücü avtomobilinin yolun hərəkət hissəsində saxlayıb mağazadan alış-veriş edir". (Moderator.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top