Müsavat Partiyası qurultayını şadlıq sarayında keçirəcək – FOTO

SİYASƏT 07 okt 2019, 14:26

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının qurultayla bağlı müraciətinə müsbət cavab verib.


Demokrat.az-ın məlumatına görə, hazırkı partiya başqanı Arif Hacılı, meriyanın Müsavata IX qurultayının Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən "Büllur” Şadlıq Sarayında keçirməyə razılıq verdiyini açıqlayıb.

 

Belə ki, məktubda Müsavatın şadlıq evinin sahibi ilə razılaşma əldə ediləcəyi təqdirdə BŞİH –in buna heç bir etiraz etməyəcəyi qeyd olunub.

 

Xatırladaq ki, Müsavat Partiyasının qurultayı oktyabrın 12-də keçiriləcək. Qurultayda hazırkı başqan Arif Hacılı partiya üzvləri Yadigar Sadıqlı və Tofiq Yaqiblu ilə sədrlik uğrunda mübarizə aparacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top