Belçikalı deputat: "Qarabağ"ın oyunu zamanı yaşananlar qəbuledilməzdir”

SİYASƏT 07 okt 2019, 12:30

“Qarabağ"- “Düdelanj" oyunu zamanı yaşananlar qəbuledilməz hadisədir. UEFA bu məsələdə tərəf tutmamalı və klubu cəzalandırmalıdır.


Diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib ki, bu sözləri Belçika Parlamentinin deputatı Şevket Temiz bildirib.
“Qarabağ beynəlxalq hüquqda da Azərbaycan torpağıdır. Ermənistan Azərbaycanın torpaqlarını işğal edib. Beynəlxalq sənədlərdə Ermənistan işğalçı dövlət kimi tanınır. Azərbaycanın haqlı mövqeyi müdafiə olunur. Təəssüf ki, ATƏT Minsk qrupunun fəaliyyətində 1994-cü ildən bu günə qədər heç bir irəliləyiş yoxdur. Bu, bizi narahat edir.


Ümumiyyətlə, idman yarışlarını siyasət, şiddət və təxribat fəaliyyətlərinin meydanı olmamalıdır. UEFA-dan cəsur qərar - cəza gözləyirik. Həm də Azərbaycan təxribatla bağlı hərəkətə keçməlidir”, - deyə deputat açıqlamasında qeyd edib.(Lent.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top