Rusiyadan asılı olmayaq, ruslar bizi satacaq – Şirinyan

SİYASƏT 07 okt 2019, 12:10

Ruslar bizi satmağa cəhd edəcəklər.

 

Bunu “Lragir.am”a müsahibəsində Ermənistan Xristian Demokratik Partiyasının sədri Levon Şirinyan deyib.

 

“Suverenlik kursu nə qədər artıq olsa, ləyaqət də o qədər çox olacaq. Ona görə də Putinin Paşinyanı Rusiyaya dəvətinə təəccüblənmək gərək deyil. İran prezidentinin bizə keçid təqdim etməyə hazır olması barədə bəyanatı Rusiyadakı dəyərimizi artırıb. Biz gərək İranla dəmir yolunun işə düşməsinə nail olaq, çünki Rusiya ilə bizi birləşdirən Lars yolu yetərli deyil. Mümkün olduğu qədər bütün dövrlərdə Rusiyadan asılılığımızı azaltmalıyıq”, – deyə o bildirib.(Axar.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top