Kartdan-karta pul köçürəndə 1 %-lik vergi kimə qalır?

İQTİSADİYYAT 07 okt 2019, 12:19

Banklarda hesab üzrə əməliyyatlarda köhnə problemlər hələ də qalmaqdadır.

 

Bu sözləri ekspert Samir Əliyev yazıb. O bildirib ki, bu problemlər özünü məhdudlaşdırmalarda (hesabdan hesaba, kartda-karta və s.), ehtiyac olmadığı halda vergiyə cəlb edilmələrdə (məsələn, 1%-lik vergi) özünü göstərir. Banklara şikayət edirsən səbəbkar olaraq Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) və Vergilər Nazirliyini (o cümlədən Maliyyə Monitorinq Xidməti) göstərirlər:

 

"Adı çəkilən qurumlardan soruşursan belə göstəriş və ya tövsiyə vermədiklərini əsas gətirərək bu halları bankların öz təşəbbüsü adlandırır. Bu halda kimin haqlı olduğu müəyyən etmək mümkün olmur, nəticədə müştərilər əziyyət çəkirlər. Ona görə də fikrimcə ictimai müzakirə (dəyirmi masa) keçirilməsi məqsədəuyğun olardı. Tədbirdə bir tərəfdə MBNP və Vergilər Nazirliyi, digər tərəfdə Azərbaycan Banklar Assosiasiyası və banklar, üçüncü tərəfdə isə Sahibkarlar Konfederasiyası və sahibkarlar, müstəqil ekspertlər iştirak etməlidir. Üçtərəfli müzakirə vasitəsilə problemləri ortaya çıxarıb mövcud problemləri aradan qaldırmaq olar". (Qafqazinfo)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top