Daxili İşlər naziri üç vəzifəli şəxsi işdən çıxardı

SOSİAL 07 okt 2019, 09:51

Göygöl Rayon Polis Şöbəsində üç nəfər işdən azad edilib.

 

Demokrat.az-ın məlumatına əsasən, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

 

Əmrə əsasən, əməliyyat işləri üzrə rəis müavini, polkovnik-leytenant Cavad Səfərəliyev, cinayət-axtarış şöbəsinin rəisi Yasin İsmayılov, Sarısu Polis Bölməsinin rəisi Elşən Quliyev işdən çıxarılıb və sərəncama götürülüb. 

 

Onların yerinə hələlik təyinat yoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top