Perinçəkdən əməliyyat mesajı: Azərbaycanla birgə...

SİYASƏT 07 okt 2019, 10:38

“Sülh Pınarı Hərəkatı” (Fəratın şərqinə əməliyyat) ən az itki, ən az maliyyə ilə ən sürətli nəticənin əldə edilməsi üçün Qərbi Asiyadakı dostlarımız - Azərbaycan, Rusiya, İran və İraqla əməkdaşlıq edilməsi şübhəsiz ki, milli hədəflərimizə çatmağın və dövlət düşüncəsinin gərəyidir.

 

Bu sözləri Türkiyəni Vətən Partiyasının sədri Doğu Perinçək Tvitter səhifəsində yazıb.

 

“Prezident Rəcəb Tayyib Ərdoğanın açıqlamaları ilə Fəratın şərqinə əməliyyatın başlayacağını öyrənmiş olduq. Türk milləti və Vətən Partiyası olaraq hər cəbhədə istedadlı komandan və əsgərlərimizlə çiyin-çiyinəyik”, - deyə Perinçək bildirib.

 

Qeyd edək ki, Fəratın şərqinə əməliyyat siqnalı verən R.T.Ərdoğanın işlətdiyi “sülh pınarları” ifadəsi əməliyyatın adı kimi şərh edilməkdədir. Sosial şəbəkələrdə “Sülh Pınarı Hərəkatı” həştəqi ilə xeyli paylaşımlar edilməkdədir.(Axar.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top