Putin doğum gününü Sibirdə keçirəcək

MARAQLI 06 okt 2019, 22:41

Rusiya Prezidenti Vladimir Putin ad günü ərəfəsində Sibir tayqasına səfər edib.


Demokrat.az TASS-a istinadla xəbər verir ki, dövlət başçısının səfərində əsas məqsəd təbiət qoynunda payız fəslindən zövq almaqdır.


Prezidentin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib ki, bu səfərlə bağlı foto və video materiallar bu gün gecə yarısına doğru hazır olacaq və yayımlanacaq.


Bundan başqa, sözcü əlavə edib ki, Prezident oktyabrın 7-də qeyd edəcəyi doğum gününü təbiətdə, yaxınları və ailəsi ilə birlikdə qeyd etməyi planlaşdırır. 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top