"Böyük Britaniya media azadlığının güclənməsinin tərəfdarıdır" — Səfir

SİYASƏT 06 okt 2019, 20:37

Böyük Britaniya dünyada azad medianın güclənməsinin tərəfdarıdır. Çünki müstəqil KİV-lər insan hüquqlarının müdafiəsində mühüm rol oynayır. 


Demokrat.az xəbər verir ki, bu barədə Böyük Britaniya səfiri Ceyms Şarp dünən fikir azadlığı mövzusunda jurnalist müsabiqəsinin yekunlarına həsr olunmuş tədbirdə çıxış edərkən bildirib.


Öz növbəsində, "Press Association" agentliyinin baş icraçı direktoru Klayv Marşall ingilisdilli jurnalistlər üçün müsabiqənin əhəmiyyətini qeyd edib, azad media probleminə toxunub.


"Bu müsabiqə Azərbaycanda jurnalistlərin çətin vəzifələrin öhdəsindən necə gəldiklərini göstərib", deyə o bildirib. 


Müsabiqənin qalibi Fatma Babayeva Londonda bir həftəlik staj hüququ qazanıb.


"Press Association" agentliyinin direktoru Azərbaycana səfəri çərçivəsində müstəqil və hökumətyönlü media nümayəndələri ilə görüşüb, ADA universitetində "Vətəndaş cəmiyyətində plüralizmin əhəmiyyəti" mövzusunda məruzə ilə çıxış edib. 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top