Müsavatçılar sərbəst buraxıldı

HADİSƏ 06 okt 2019, 20:10

Oktyabrın 5-də Cəlilabadda Müsavat Partiyasının başqanı Arif Hacılı ilə görüş zamanı Müsavat başqanının müşaviri Hidayət İsmayılov, rayon təşkilatının sədri Azər Əsgər, NTK sədri Akif Bədirli və Şura üzvü Rüstəm Rüstəmov saxlanıldıqdan sonra polis şöbəsinə aparılıblar.


Bu barədə Turana məlumat verən partiyanın mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəylinin deməsinə görə, Hidayət İsmayılov polis şöbəsində görüşlə bağlı sualları verəndən sonra sərbəst buraxıb.


Daha sonar digər fəallarda buraxılıb.


Arif Hacılı ilə Cəlilabad rayonunda keçirilən görüşdən qayıdan partiyanın Masallı təşkilatının sədri Allahverdi Rəhimli, sədr müavini Ramiz Abdulla və bir neçə fəal Masallı rayonu ərazisində saxlanaraq, bu rayonun polis şöbəsinə aparılıb. Onlar da sorğu-suala tutulduqdan sonra sərbəst buraxılıblar".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top