ABŞ-da atışma zamanı 4 nəfər həyatını itirdi

DÜNYA 06 okt 2019, 18:04

ABŞ-ın Kanzas-Siti (Kanzas ştatı) şəhərində naməlum şəxs tərəfindən atəş açılıb.

 

Bu barədə "NBC" teleşirkəti bildirib.

 

Məlumata əsasən, hadisə nəticəsində ən azı dörd nəfər həlak olub, daha beş nəfər yaralanıb.

 

Hadisə gecə saatlarında şəhər barlarından birində baş verib. Şübhəli bilinən şəxs bara daxil olaraq qonaqlara atəş açıb. Bildirilir ki, həmin şəxs hələ də azadlıqdadır.

 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər. (Trend)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top