İlqar Məmmədov Üzeyir Mehdizadə haqda status yazdı: "Böyük istedadını görürəm"

SOSİAL 06 okt 2019, 13:27

Real Partiyasının sədri İlqar Məmmədovun "Facebook"da yazdığı son statusu geniş müzakirəyə səbəb olub.

 

Demokrat.az xəbər verir ki, partiya sədri, müğənni Üzeyir Mehdizadə barədə tərifəlayiq, xoş sözlərdən sonra sosial şəbəkə istifadəçilərinin tənqid hədəfinə tuş gəlib. 

 

İ.Məmmədovun qalmaqallı statusunu olduğu kimi təqdim edirik:

 

"100 milyon baxış! Həbsimdən qabaq rusdilli forumlar Azərbaycanda Facebook'dan güclü idi. Orda bir-iki dəfə yazmışdım ki, Üzeyir Mehdizadə'nin güclü musiqi istedadı var, amma bu istedadı yönəldən yoxdur. Məni ələ salmayan qalmadı, baxmayaraq ki, "musiqisini bəyənirəm" demədim (fərqli zövq məsələsidir), sadəcə "böyük istedadını görürəm" dedim. Buyurun, Azərbaycan ifaçıları arasında ilk dəfə bir klipinə 100 milyon baxış, yarım milyonadək bəyənmə qazanmış musiqiçi. Təbrikə layiq uğurdur!"

 

Zaur

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top