Bu ölkə uçan avtomobillər istehsal edəcək

MARAQLI 06 okt 2019, 10:07

Rusiyada uçan avtomobillərin istehsalına başlanacaq.

 

Novosibirskdəki S.A.Çaplıqin adına Aviasiya Elmi-Tədqiqat İnstitutu Perspektiv Tədqiqatlar Fondu ilə birlikdə uçan avtomobillərin istehsalı layihəsini həyata keçirir.

Rusiya Perspektiv Tədqiqatlar Fondunun məlumatına görə, belə avtomobillər ətrafında 15 metrədək hündürlüyündə manelər, məsələn, alçaq evlər və ya ağaclar olan 50 metr uzunluğunda zolaqdan göyə qalxa və enə biləcək. Həmin avtomobillərin uçuş məsafəsi 1000 kilometr, maksimum sürəti isə saatda 300 kilometrdən çox olacaq. Uçan avtomobillər 500 kiloqramadək yük daşıya bilər.

Layihə üzərində iş 5 il davam edəcək. Avtomobillərdən xilasetmə işlərində istifadə ediləcəyi gözlənilir.(AzərTac)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top