Paşinyana verilən cavab Yerevanda qarşıdurma yaratdı (VİDEO)

SİYASƏT 06 okt 2019, 09:04

Ermənistan Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyanın bacısı - Anjela Tovmasyanın sahibi olduğu Hayeli.am ("Güzgü") saytında "Əliyevin Paşinyana gecikmiş, lakin güclü cavabı" başlıqlı məqalə dərc edilib.


Demokrat.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” xəbər yayıb.

 

Bu məqaləyə görə, bir qrup erməni millətçisi Anjela Tovmasyanı və onun qardaşını "anti-Qarabağ" mövqeyində ittiham edərək qəzetin redaksiyasına hücum təşkil edib.

 

Aksiya hansısa David Ovhannisyan tərəfindən təşkil edilib. Onunla birlikdə Sarkis Manukyan, Artak Markaryan və Hayk Stepanyan da hücumda iştirak ediblər. Onlar “Güzgü” Mətbuat Klubunun qapılarına yumurta atıb və plakatlar yapışdırıblar. Ovhannisyan, bu media qurumunun bağlanmasını tələb etdiyini bildirib.

 

"Anjela Tovmasyan və qardaşı əşyalarını yığaraq Azərbaycana getməlidirlər",-deyə o bildirib.

Anjela Tovmasyan

Etirazçıların dediyinə görə, qapı açıq olsaydı, onlar eyni şeyi redaksiyanın daxilində də edəcəkdilər.

 

Polisin mətbuat xidmətindən “Sputnik-Ermənistan”a bildiriblər ki, haqqında söhbət gedən məqalə ilə əlaqədar araşdırma aparılır.

 

Saytın və “Güzgü” mətbuat klubunun rəhbəri Anjela Tovmasyan hesab edir ki, bugünkü aksiya təzyiq göstərmək, onu və qardaşını qorxutmaq məqsədi daşıyıb.

 

“Bu, saytın, mətbuat klubunun və şəxsən mənim müxalifət mövqeyimlə əlaqəlidir. Qardaşımın vəziyyətini nəzərə alaraq ailəmizə təzyiq göstərməyə başlaya biləcəkləri barədə mənə xəbərdarlıq etmişdilər. Bu, tamamilə mövcud hakimiyyətin üslubunda olan şeydir. Bugünkü xuliqanlıq bunu sübut etdi. Bütün iştirakçılar cəzalandırılmalıdır",-deyə o vurğulayıb.

 

Xatırladaq ki, Paşinyan partiyasının “Mənim addımım” fraksiyası Konstitusiya Məhkəməsinin rəhbəri Hrayr Tovmasyana qarşı səlahiyyətdən məhrumetmə prosesinə başlayıb. Parlament artıq Konstitusiya Məhkəməsinə təqdim olunan müvafiq qanun layihəsini təsdiqləyib. Tovmasyanın vəzifəsini tərk edib-etməyəcəyi ilə bağlı məhz Konstitusiya Məhkəməsinin üzvləri qərar verəcəklər.(virtualaz.org)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top