Kəşmirdə dəhşətli partlayış: 14 nəfər yaralandı

DÜNYA 05 okt 2019, 18:57

Cəmmu və Kəşmir ərazisində yerləşən Hindistanın Anantnaq şəhərində qumbaranın partlaması nəticəsində azı 14 nəfər yaralanıb.


Demokrat.az xəbər verir ki, bu haqda yerli polisin "Twitter" səhifəsində məlumat verilib.


Məlumata görə, dövlət qurumunun yaxınlığında baş verən partlayışda xəsarət alanlar arasında polis də var.


Hüquq-mühafizə orqanları əməkdaşları partlayışın terrorçular tərəfindən törədildiyini bildirirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top