On minlərlə alman məscidlərə axışdı- Gözlənilməz...

DÜNYA 05 okt 2019, 17:47

Ötən cümə axşamı  Almaniyadakı məscidlər bütün dinlərin nümayəndələrinə və dindən uzaq olanlara  qardaşlıq ab-havasının istiliyini bölüşmək və İslamla əlaqəli səhv stereotipləri dağıtmaq üçün açıq qapılar günü elan edib.

 

Bu haqda “Anadolu” Agentliyi məlumat yayıb. Almaniyanın Köln şəhərində yerləşən ən böyük məscid İslam və müsəlman adətləri ilə bağlı maraqlı suallar verən bir neçə yüz qonağı qəbul edib. Yüzlərlə yerli sakin Berlindəki Şəhidlik məscidinin qonağı olub. 


 
Bir çoxu uşaqlarla gələn almanlar məscidlərin içərisinə  baxmağa və müsəlman icmasının həyat tərzi ilə tanış olmağa dəvət edilib.  Almaniyadada hamıya  qapısını açmış cəmi 1000 məscidi 100 minə yaxın qonaq ziyarət edib.

 

Qeyd etmək lazımdır ki, Almaniyadakı 81 milyon insandan təxminən 4,7 milyonu müsəlmanlardır ki, bunlardan 3 milyonu türk mənşəlidir.(Moderator.az)
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top