Böyük şairimizin yeganə oğlunu maşın vurdu

HADİSƏ 05 okt 2019, 12:41

Azərbaycanın görkəmli şairi Məhəmmədhüseyn Şəhriyarın yeganə oğlu Hadi Şəhriyar avtomobil qəzasına uğrayıb.

 

Demokrat.az Kult.az-a istinadən xəbər verir ki, bu barədə şair-yazıçı Sayman Aruz bildirib.

 

Onun sözlərinə görə, hadisə dünən axşam saat 23 radələrində Təbrizin "17 Şəhriver" küçəsində baş verib. H.Şəhriyar küçəni keçmək istəyərkən onu avtomobil vurub.

 

“Əlimizdə olan məlumata görə, Hadi Şəhriyar koma vəziyyətindədir. Dua edək ki, Şəhriyarın dəyərli yadigarının sağlamlığı bərpa olsun”, - S.Aruz qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top