Prezidentin möhtəşəm çıxışı ilə bağlı videoçarx hazırlandı

SİYASƏT 05 okt 2019, 11:08

ANS Şirkətlər Qrupuna daxil olan "Balans Studiyası" Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı çıxışına dair videoçarx hazırlayıb.

 

İstipress.az-a istinadən xəbər verir ki, çarxda əsas yer Azərbaycan dövlət başçısının Ermənistan Baş naziri Nikol Paşinyana cavabına verilib.

 

Kadrlarda "Qarabağ Azərbaycandır və nida işarəsi" sözləri səsləndikdən sonra Azərbaycanın xəritəsi və "Balans döyüşə hazırdır!" ifadəsi yer alıb.

 

Xatırladaq ki, Prezident İlham Əliyev çıxışında bildirib ki, Paşinyanın “Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə” bəyanatı təkcə Azərbaycanda təəccüblə qarşılanmayıb, ona Rusiya Federasiyası tərəfindən də “Valday” forumu çərçivəsində müvafiq cavab verilib. "Birincisi, yumşaq desək, bu, yalandır. Dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi".

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top